https://news.day.az/azerinews/819932.html Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Azərbaycanca, 10 сентября 2016 15:56 (UTC +04:00) 914
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

Day.Az представляет новость на азербайджанском языке

Bu ilin iyul ayında Azərbaycanda POS-terminallar vasitəsilə 41 mln. manat həcmində 652 min əməliyyat həyata keçirilib. Mərkəzi Bankdan "Report"a verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ödənişlərin həcmində 17 % artım, sayında isə əksinə 27% azalma müşahidə olunub. POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi ötən ilin ilk yeddi ayı ilə müqayisədə 12% artaraq cari ilin yanvar-iyul aylarında 256 mln. manata çatıb.

Bankomatlar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9% artaraq 27 mln. manat, sayı isə 45 % artaraq 74 min ədəd olub.Hesabata əsasən, cari ilin yanvar-iyul aylarında ATM-lər vasitəsilə nağdsız ödənişlərin həcmi 4% azalaraq 170 mln. manat təşkil edib.

Beləliklə, ATM və POS-terminallar vasitəsilə iyulda cəmi nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 11,5% artaraq 68 mln. manat təşkil edib. Yanvar-iyul aylarında isə bu göstərici illik müqayisədə 5% artaraq 426 mln. manata çatıb.

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Təkliflərdən biri 1 000 manatdan yuxarı olan bütün ödənişlərin nağdsız aparılması tələbi, digəri isə bu ödənişlərə vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости