Wi-Fi-dan icazəsiz istifadənin qarşısını almağın

Day.Az представляет новость на азербайджанском языке

İnformasiya texnologiyaları əsrində həyatı qacetlərsiz təsəvvür etmək çətindir. Hər mənzildə, evdə və ya otaqda kompüter, planşet və smartfon tapmaq mümkündür. Day.Az interaztv-yə istinadən bildirir ki, qacetlərin əksəriyyəti İnternet şəbəkəsinə Wi-Fi birləşmə vasitəsilə qoşulur.

Təəssüf ki, bəzən internet birləşmələr tələb olunan səviyyədə işləmir. Bizlər isə  bunun  Wi-Fi-modemə (router) kənar şəxslərin qoşulması ilə bağlı olduğundan heç şübhələnmirik. Bu qonşunuz və ya kənar şəxs ola bilər. (Qeyd: İnternet sürətinin zəif olması başqa səbəblərlə də bağlı ola bilər).
 
"Wi-Fi"nıza qoşulan olub-olmadığını necə öyrənmək olar? Yazdığımız təlimatlara uyğun hərəkət etsəniz, bunu biləcəksiniz.
 
"Wi-Fi"yə qoşulu qurğular

 
1. Wi-Fi-modeminizin IP ünvanını öyrənin. Ünvan modemin alt hissəsindəki yapışqan kağızda, təlimat və ya qutu üzərində qeyd edilir.  
 

2. Əgər IP-ünvan yoxdursa, brauzerin ünvan sətrinə  192.168.0.1 və ya 192.168.1.1 daxil edin. Bundan sonra istifadəçinin adı (login - rusca qarşılığı "имя пользователя") və şifr (password - rusca qarşılığı "пароль") üçün xanaların açılacağını görəcəksiniz.
 

3. Müvafiq xanalara istifadəçi adını (login) və şifri (password) daxil edin. Əksər hallarda hər ikisində "admin" sözünü qeyd etmək lazımdır. Əgər istifadəçi adı və şifri dəyişməmisinizsə, hər iki xanaya "admin" sözünü daxil etdikdən sonra "OK" düyməsini klikləyin.  Şəkildə gördüyünüz mənzərə qarşınıza çıxırsa, demək, doğru yoldasınız. 
 

4.  Sizin Wi-Fi-a qoşulan istifadəçiləri görmək üçün "Status" menyusuna, daha sonra "Device info" bölməsinə daxil olun.
 

5. Şəklə nəzər salsanız, Wi-Fi-a 3 qurğunun qoşulduğunun şahidi olarsınız.  MAC-ünvan vasitəsilə Wi-Fi-routerinizə hansı qurğuların qoşulduğunu öyrənə bilərsiniz. Hər bir şəbəkə qurğusu ayrı  MAC-ünvana malikdir. Əgər qoşulan qurğuların sayı evdə istifadə edildiyindən çoxdursa, demək, kənar şəxslər sizin Wi-Fi hesabına internetdən istifadə edir.
 

6. Wi-Fi-nıza kənar şəxslərin qoşulduğunu görürsünüzsə, o zaman şifri dəyişməlisiniz. Bir çox Wi-Fi-modemdə bunu "Interface setup" bölməsinə, daha sonra "Wireless"ə keçid vasitəsilə etmək olar. Aşağıdakı şəkildə qırmızı haşiyəyə alınmış xanaya yeni şifri daxil etdikdən sonra yeni şifri təsdiq etmək üçün qırmızı haşiyə ilə qeyd edilən "Save" düyməsini klikləyin (Qeyd: son iki şəkil eyni bir fotonun iki hissəsidir).
 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.