Bakıda dünya kuboku yarışları başlandı

Day.Az представляет новость на азербайджанском языке

"CBC Sport Arena Polo Dünya Kuboku" yarışına start verilib.

Trend-in məlumatına görə, Binə qəsəbəsindəki "Elite Horse & Polo Club"da keçirilən "CBC Sport Arena Polo Dünya Kuboku"yarışına start verilib.

Turnirin açılış oyununda Azərbaycanı təmsil edən "Gilan Holding" komandası - Argentinanın "Italdizain Group" kollektivi ilə qarşılaşıb. Oyun təmsilçilərimizin 9 - 7,5 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər görüşündə isə meydana İsveçrənin "Badruttchr("39")s Palace" və İspaniyanın "Bogner" komandaları çıxıblar. Bu qarşılaşmada İspaniya komandası 11-9 hesabı ilə qələbə qazanıb.

Bu gün "CBC Sport" Arena Polo Dünya Kuboku yarışında daha 2 oyun keçiriləcək.

Əvvəlcə meydana "Badruttchr("39")s Palace" və "Italdizain Group" komandaları çıxıblar. Görüş saat 18:00-da başlayıb. Saat 19:15-də isə "Gilan Holdinq" poloçuları "Bogner" kollektivi ilə üz-üzə gələcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.