Təranəylə Musanın 5 manatlıq “giveaway”i

Müğənnilər Təranə Qumral və Musa Musayev səhifəsində "Giveaway" keçirir.

Day.Az Axşam.az-a istinadla xəbər verir ki, hazırda bir çox məşhurların İnstaqram səhifələrində izləyicilərinin sayını artırmaq üçün etdiyi bu üsula sponsorlar da qoşulur.

Lakin Təranə və Musa cütlüyün səhifəsindəki sponsorlar digərlərindən fərqlənir.

Belə ki, adətən qiymətli hədiyyələrin olduğu "giveaway"ləri Musa və Təranənin səhifəsində görə bilmirik.

Əvəzinə isə sponsorlar yarışmaya qatılan izləyicilərə daraqlı fen, 5 manatlıq kontur, 12 ədədlik şəkilli çərçivə, diş bəyazlatma məhsulu, qol saatı, parfüm və s. vəd edir.

Digər maraqlı məqam isə sözügedən paylaşıma mindən çox rəyin yazılmasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.