https://news.day.az/azerinews/1157188.html Azərbaycan nefti bahalaşıb CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

Azərbaycan nefti bahalaşıb

Azərbaycanca, 18 сентября 2019 00:21 (UTC +04:00) 7 962
Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 7,11 dollar/barel azdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости