https://news.day.az/azerinews/1195554.html Parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir - Rusiyalı ekspert

Parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir - Rusiyalı ekspert

Azərbaycanca, 20 января 2020 14:12 (UTC +04:00) 703
Parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir - Rusiyalı ekspert

Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi şərhçi, konfliktoloq Yevqeni Mixaylov deyib.

O bildirib ki, parlamentin buraxılması ilə bağlı qərar xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır:

"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Dövlət qulluğunda əsaslı və keyfiyyətli dəyişikliklər edilir. Bu mənada seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi həyatında inkişafa xidmət edəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdırlar. Ümid edirəm ki, yeni deputatlar Prezidentin apardığı islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verə biləcəklər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости