https://news.day.az/azerinews/1238453.html Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib. Day.Az-ın məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.

Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib

Azərbaycanca, 25 мая 2020 17:47 (UTC +04:00) 1 145
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib

Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

Day.Az-ın məlumatına görə, T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.

İcra başçısı bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:

"O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости