Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuzda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi dəfn edilib.

Day.Az APA-ya istinadən verdiyi məlumatına görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş əsgər Məmmədov Elşad Dönməz oğlu doğulduğu Tovuz rayonun Ağdam kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.