Sahil Kərimli: Çətin şərtlər altında uğurla davam edən sosial-iqtisadi siyasət

Azərbaycan sürətlə müasirləşir, paytaxtla region arasında fərq durmadan azalır. Bir gün ərzində 5 rayon, çoxsaylı müasir infrastruktur layihələri, 4 modul tipli xəstəxana, onlarla yeni obyektin açılışı. Prezident İlham Əliyev həmişəki kimi yenə vədlərə əməl edir. Heç bir layihə təxirə salınmır. Azərbaycan dövləti öz qüdrətini bütün sahələrdə göstərir.

Son dövrlərdə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Prezident İlham Əliyev sosial layihələri uğurla davam etdirir. Ölkənin hər bir yerində böyük infrastruktur layihələri icra edilir, müasir obyektlər, istehsal müəssisələri yaradılır. Belə bir həssas məqamda regionlar, ölkənin ən ucqar bölgələri unudulmur. Abadlıq-quruculuq işləri, müasirləşmə, inkişaf prosesi bütün ölkəni əhatə edir. Prezident demək olar ki, hər həftə yeni obyektləri, ölkə əhəmiyyətli layihələri istifadəyə verir. Sürətli inkişaf həm paytaxtda, həm də bölgələrdə paralel hiss olunur. Maliyyə çətinlikləri, maddi problemlər dövlətin prioritetlərini arxa plana keçirə bilmir. Budur, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin sarsılmaz gücü və qüdrəti.

Bu günlərdə Prezident İlham Əliyevin Şimal rayonlarına böyük səfəri bu baxımdan olduqca mühim əhəmiyyəti ilə diqqəti çəkməkdədir. Çünki, indiki çətin dönəmdə dövlət başçsının bölgələrin inkişafına xüsusi diqqət ayırması vətəndaşlarda öz lderinə inamı və güvəni daha da artıran əsas amillərdəndir. Bu səfərlər region əhalisinin rifahına yönələn mütərəqqi və planlı siyasətin növbəti göstəricisidir.

Bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya ilə mübarizənin davam etdiyi zamanda bölgələrdə yeni modul tipli xəstəxanaların yaradılması xüsusilə aktualdır. Prezident İlham Əliyevin Qobustanda, İsmayıllıda, Şəkidə və Qəbələdə ən müasir avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaları istifadəyə verməsi dövlət başçısının bölgəyə səfərinin əhəmiyyətini daha da artırır. Göründüyü kimi, Prezident pandemiya ilə mübarizə sahəsinə lazım olan qədər vəsait ayırır. Dövlətin maliyyə imkanları vətəndaşlardan əsirgənmir. Çünki, İlham Əliyev ilk gündən insan həyatının hər şeydən üstün, qiymətli olduğunu bəyan edib.

Koronavirus pandemiyası dünyada böyük iqtisadi tənəzzülə səbəb olub. Xarici iqtisadi şoklar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma Prezident İlham Əliyev iqtisadi geriləməni, maliyyə itkilərini gözə alaraq əsas diqqəti insanların sosial durumuna və sağlamlığına yönəldir. Bütün bunlar Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin, insan həyatına, sağlamlığına verilən qiymətin bariz nümunələridir.

Azərbaycanda koronavirusla mübarizədə həyata keçirilən qabaqlayıcı tədbirlər, karantin rejiminin sərtləşdirilməsi və digər ciddi addımlar artıq öz müsbət nəticələrini verməkdədir. Son günlər yoluxma və ölüm hallarının azalması, sağalan xəstələrin sayının durmadan artması vəziyyətin tezliklə ürəkaçan olacağından xəbər verir. Lakin bu müsbət irəliləyiş arxayınlıq yarada bilməz. Vətəndaşlar məsliyyətli olmalı, tələb olunan qaydalara əməl etməlidir. Yalnız bu halda daha yüksək nəticələr əldə etmək, pandemiayanın ağır təsirlərindən az itkilərlə çıxmaq olar.

Dövlət başçsının bölgələrə bütün səfərləri zamanı hər dəfə yeni və müasir yolların açılışı baş tutur. Hətta ən ucqar dağ kəndlərinə aparan yeni yollar istifadəyə verilir. Son səfərdə də Prezident İlham Əliyev hazırda tikintisi davam edən yollarda iş prosesi ilə tanış oldu, daha sonra isə bir neçə rayonda on minlərlə insanın rahat və təhlükəsiz hərəkətini təmin edəcək yolları stifadəyə verdi. Ölkəmizin yol infrastrukturunun başdan-başa müasirləşməsi, şübhəsiz ki, ilk növbədə vətəndaş məmnunluğu və rahatlığına, daha sonra iqtisadi sahənin, istehsal müəssisələrinin normal fəaliyyətinə, kənd təsərrüfatının, turizmin inkişafına zəmin yaradır. Bir sözlə, Prezident hər bir rayona özü ilə inkişaf, rifah, rahatlıq, müasirlik, ruzi-bərəkət gətirir.

Əhalinin problemlərinin həlli, vətəndaş-məmur münasibətlərinin ideal vəziyyətə çatdırılması, neqativ halların aradan qaldırılması, həmçinin dövlət orqanlarının işində şəffaflığın, ədalətin təmin edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu bir nömrəli vəzifədir. Bu məqsədlə paytaxtla yanaşı ölkənin əksər bölgələrində ASAN Xidmət Mərkəzləri, DOST Mərkəzləri ard-arda tikilərək insanların xidmətinə verilir. Prezidentin Balakən rayonunda açılışını etdiyi yeni ASAN Xidmət Mərkəzi də bundan sonra bölgə əhalisinin xidmətində olacaq.

İlham Əliyev bütün fəaliyyəti boyu yalnız və yalnız Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi üçün çalışıb. Son illər aparılan bu siyasətin parlaq nəticələrini biz aydın şəkildə görürük. Dövlətin bütün maliyyə imkanları əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, nəhəng sosial paketlərin reallaşdırılmasına yönəldilib. İnsanların məşğulluğunun təmin edilməsi, onların öz şəxsi bizneslərini yaratmaq üçün də dövlət öz dəstəyini əsirgəmir. Bu yolrulmaz fəaliyyətin, humansit siyasətin nəticəsidir ki, Azərbaycan xalqı öz dövlətinə, prezidentinə sidq ürəklə inanır, güvənir, etibar edir. Odur ki, sarsılmaz xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi ən yüksək zirvədədir. Azərbaycan dövlətinin gücünü və qüdrətini artıran əsas amil də elə budur.

Sahil Kərimli,

Trend İnformasiya Agentliyinin Baş redaktor müavini