https://news.day.az/azerinews/1322089.html Balakəndə itkin düşən azyaşlı tapıldı "102" Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.

Balakəndə itkin düşən azyaşlı tapıldı

Azərbaycanca, 3 марта 2021 18:35 (UTC +04:00) 448
Balakəndə itkin düşən azyaşlı tapıldı

"102" Zəng Mərkəzi Xidmətinə və Balakən Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini bir qadın 6 yaşlı övladının yaşadığı ünvandan təsadüfən çıxması və axtarışlarının nəticəsiz qaldığını bildirərək tapılması üçün köməklik göstərilməsini xahiş edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Polis Şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal azyaşlının tapılması istiqamətində axtarış tədbirlərinə başlayıblar. Qısa zaman ərzində azyaşlı U.H şəhər ərazisində tapılaraq yaşadığı evində ailəsinə təhvil verilib.

Uşağın valideynləri övladlarının tapılaraq heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости