https://news.day.az/azerinews/1335195.html Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI

Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI

Azərbaycanca, 19 апреля 2021 11:25 (UTC +04:00) 2 759
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır

Düşmən minaları o qədər hiyləgərliklə basdırb ki, bəzən minatəmizləmə işi ilə məşğul olan mütəxəssislər də minaya düşür, ağır xəsarətlər alırlar.

Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rauf Mirzəyev Trend-in Qarabağ bürosuna açıqlamasında bildirib.

R.Mirzəyev qeyd edib ki, ermənilər sanki minaları ərazilərə səpələyiblər. Əksər yerlərdə düşmən minaları üst-üstə basdırıb:

"Bu səbəbdən də minalanmış ərazilər son dərəcə təhlükəlidir və mütəxəssislər çətinliklərlə üzləşir. Bir neçə ay əvvəl Bərdə-Ağdam dəmiryolu xəttinin minalardan təmizlənməsi prosesində iştirak edən 38 yaşlı ANAMA əməkdaşının minaya düşməsi və bir ayağını, iki gözünü itirməsi buna bariz nümunədir. Hərbçilərimiz, minatəmizləyən mütəxəssislərimiz nə qədər peşəkar və ehtiyyatlı davransa da təəssüf ki, bəzən belə hallar baş verir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости