Bosch bütün zamanların ən çevik tozsoranını təqdim edir

Çevik və etibarlı performans. 

Bir çox insanın mükəmməl tozsorandan istədiyi ən əsas xüsusiyyət, tozsoranın çevik və etibarlı olmasıdır. Buna görə də yüngül və istifadəçi dostu olan kabelsiz cihazların insanlar tərəfindən sevilməsi təəccüblü hal deyil. Bu vasitələr həyatı asanlaşdıraraq gündəlik təmizlənmədə ideal vasitə rolunu oynayırlar.

Daha uzun müddətli işləmə gücü. Sizə lazım olan istənilən anda təmizliyə tam hazır!

Kabelsiz tozsoranın məhdud batareya ömrü bir çox insanı onları almaq qərarını qəbul edərkən tərəddüdlə qarşılaşdırır. Bosch-un Unlimited Seriya 6 məhsulu, uzun batareya ömrünə sahib olub, bu problemi hər tərəfli həll edir. Birincisi, yeni kabelsiz tozsoranda ikinci batareyadan istifadə etmək mümkündür, həmçinin məhsulun sürətli şarj cihazı mövcuddur. Qeyd edək ki, batareyanın tam doldurulması burada təxminən bir saat çəkir. İkincisi, Unlimited, Bosch Home & Garden-in məşhur və dözümlülüyü sübut edilmiş 18 voltluq Power For All batareya sistemindən indi sözü gedən bu tozsoranda istifadə etmək mümkündür. Beləliklə, əlavə batareya, siz digərini istifadə etdiyiniz müddətdə tam dola bilir. Bu səbəbdən Unlimited demək olar ki, istənilən vaxt istifadəyə tam hazırdır!

İstənilən çətinlikdə təmizlik: Çatması çətin olan yerləri asanlıqla və tam şəkildə təmizləyin. 

Ağıllı batareya sistemi alış haqqında qərarın vacib bir hissəsi olsa da, Bosch-un təqdim etdiyi Unlimited Seriya 6 tozsoranı təkcə bununla kifayətlənmir. İncə və yüngül dizaynı onun istifadəsinin asan olmasını təmin edir, xüsusi başlıqları isə çatılması çətin olan yerlərə, buna misal olaraq, stulların altında, avtomobil oturacaqlarının arasında və divan aralıqlarında, təmizliyi asanlaşdırır. Uzun, çevik başlıq isə eyni zamanda yüksək tavanların, kitab rəfləri ilə divar arasında olan künclərin təmizlənməsini asanlaşdırır. Əlavə olaraq, dəstə daxil olan, All Floor HighPower fırçası döşəmələri tez və asanlıqla təmizləməyə imkan verir. Hörümçək torları və toz yumaqlarına əlvida deyin!

Mükəmməl nəticələr üçün bənzərsiz güc. 

Unlimited seriya 6, ən yeni - DigitalSpin - motor texnologiyasına sahibdir. Tozsoran döşəmə üzərində təzmiliyin təmin olunması üçün praktik başlığa sahibdir. Sözü gedən, motorlu AllFloor HighPower fırçası dəqiqədə təqribən 5000 dövrə sürət ilə işləyərək, hər növ döşəmə səthində dərindən təmizlənmə imkanı təqdim edir.