"Delta" ştammı

Dünyada COVID 19 infeksiyasının "Delta" ştammı sürətlə yayılmağa başlayıb. İnfeksiyanın bu növü qonşu ölkələrimizdə də yayılmağa başlayıb. Beləki Gürcüstan, Rusiya, İran və Türkiyədə virusun bu növü geniş yayılmağa başlayıb.

Rusiyada koronavirusa yoluxanların 70 faizindən çoxunda Hindistan ştammı (Delta ştammı) aşkar edilib. Rusiya epidemioloqları bunu virusun üçüncü dalğanın başladığı kimi qəbul edirlər.

Rusiya ilə quru sərhədlərimiz bağlı olsa da hava sərhədlərimiz açıqdır. Bu hal "Delta" virusunun ölkəmizdə yayılmasını istisna etmir. Buna görə də ciddi tədbirlər görməli, özümüzü qorumalıyıq.

Qonşumuz olan Gürcüstanda da "Delta" ştammı geniş yayılmaqdadır.Gürcüstan Səhiyyə Nazirliyinin rəsmilərinin bildirdiyinə görə " Delta" ştammı koronavirus xəstələrinin 20%-də aşkar olunub.

Gürcüstan iyun ayının 1-dən xarici ölkələrin çoxu ilə sərhədi açmışdı. Lakin "Delta" ştammının ölkədə yayılmağından sonra Gürcüstan hökuməti quru və hava sərhədlərini bağlamaq barəsində müzakirələr aparır.

"Delta" ştammına ilk dəfə Hindistanda rast gəlinib. "Delta" virus mutasiyalar arasında ən qorxulusudur. Bu ştamm başqalarından fərqli olaraq daha sürətlə yoluxur. Bu virusun digərlərindən əsas fərqi qripəbənzər simptomlarının çox olmasıdır.

TƏBİB-dən verilən məlumata görə "Delta" ştammının ölkəmizdə yayılmasına bu günə qədər rast gəlinməyib. Amma bu bizim arxayınlaşmağımız üçün səbəb ola bilməz. Çünki qonşu ölkələrimizdə vəziyyət getdikcə pisləşir. Bu virusun yayılması geniş fəsadlar yarada bilər. Ölkəmizdə koronavirusun bu variantı hazırki vaxtda qonşu ölkələrdən vətənimizə gələn turistlərin vasitəsilə yayılma riski böyükdür. Düzdür qaydalara əsasən ölkəyə gələn insanlar test verirlər, amma xəstəliyin inkubasiya dövründə yoluxmuş olsan test nəticəsi mənfi göstərir. 

"Delta" ştammı əsasən peyvənd olunmayanlar arasında yayılır. Ölkəmizdə peyvənd olunanların sayı artıq 4 milyona yaxınlaşır. Peyvəndlənmə vətəndaşlarımızda əsla arxayınçılıq yaratmamalıdır ki, mən yoluxmayacam. TƏBİB-in qoyduğu qadağalar hamımız əməl etməliyik. İnsanlarımız diqqətli olmalıdır. "Delta" ştammı artıq bir addımlığımızdadır.

Fərid Zöhrabov
Day.Az