“Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir (R)

"Yelo Bank" ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı; 
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı; 
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı; 
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı; 
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti 
  • Təklif ediləcək məhsulun qiyməti 
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi 
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar 

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:  

  • Qiymət təklifi 
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri 
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd 
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.) 

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı 

  • Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.  
  • Zərflərin hər küncü möhürlənməlidir.  
  • Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır. 
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 
  • Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.  

Tələb olunan xidmətlər  

  • Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.  
  • Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.  
  • Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.  
  • Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.  
  • İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00  
  • Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.  

Qiymət təklifi təqdim olunmalıdır:  

  • Gündəlik  
  • Ay ərzində 8 giriş  
  • Ay ərzində 12 giriş 
  • Ay ərzində 16 giriş   

Alətlər  

Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.  

  • Hyperextension  
  • Crossover 
  • Hammer leg extension 
  • Chest + Shoulders (Bench Press) 
  • Chest + Triceps (Bench Press) 
  • Leg press 
  • Smith (squats + bench press) 
  • Exercise bike 
  • Bench 
  • Treadmill 
  • Dumbbells 
  • Hummer horizontal pull (back) 
  • Horizontal block pull (back) 
  • Barbells  

Ödəniş və digər şərtlər 

  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər. 
  • Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.  
  • Müqavilə 1 il ərzində qüvvədə olacaq.  
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər. 
  • Ödəniş işçilər tərəfindən olunacaq.  

Satınalan təşkilatın ünvanı  

Bakı ş. Həsənbəy Zərdabi 81K,  

Əlaqələndirici şəxs:  

Anar Asgarzade  

İnzibati və Təchizat departamentinin 

Təchizat və satınalma şöbəsinin rəhbəri 

+99412 981 daxili 1974 

+99455 5056575 

[email protected]