Nazirlər Kabineti maaş və pensiyaların artılıması üçün təkliflər hazırlamağa başlayıb
Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.
Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре