https://news.day.az/azerinews/1411862.html "Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu

"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu

Azərbaycanca, 5 декабря 2021 00:34 (UTC +04:00) 686
"Barselona" Xavinin rəhbərliyi ilə ilk dəfə məğlub oldu

Futbol üzrə İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Barselona" "Betis"i qəbul edib.

Day.Az-ın məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən qarşılaşmanı 66 250 nəfər izləyib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 79-cu dəqiqədə "Betis"in hücumçusu Huanmi vurub.

Qeyd edək ki, "Barselona" noyabrın 6-da təyin edilən yeni baş məşqçisi Xavinin rəhbərliyi altında ilk dəfə məğlub olub. Daha əvvəlki oyunlarda "Barselona" "Espanyol"u və "Vilyareal"ı məğlub edib, "Benfika" ilə isə heç-heçə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости