Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimləri keçirilib

8 sentyabr 2022-ci ildə tarixində Vətən müharibəsi şəhidləri baş leytenant Nəhmətov Ceyhun Etiqad oğlu və əsgər Yusifov Ağəli Vaqif oğlunun doğum günləri ilə əlaqədar anım mərasimləri keçirildi. Hər iki mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı aparatının şöbə müdirləri, RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin sədri, şəhidlərin ailə üzvləri, və qəsəbə sakinləri iştirak etmişdirlər.

İlk öncə şəhid Ceyhun Nəhmətovun abidəsi önünə gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur. Mərasimdə çıxış edən Xəzər RİH-nin başçısı Elşən Salahov və digər qonaqlar, şəhidin ailəsinə başsağlığı vermiş, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasını qeyd edən mərasim iştirakçıları vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.

Daha sonra əsgər Yusifov Ağəli Vaqif oğlunun ailəsi ziyarət olunmuş, şəhidin evində əziz xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuşdur. Görüş zamanı şəhid ailəsinin problemləri, qayğıları dinlənilmiş, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.