https://news.day.az/azerinews/1536463.html Bakının bəzi rayonlarının seysmik xəritəsi müəyyənləşib - RƏSMİ

Bakının bəzi rayonlarının seysmik xəritəsi müəyyənləşib - RƏSMİ

Azərbaycanca, 9 февраля 2023 11:19 (UTC +04:00) 2 999
Bakının bəzi rayonlarının seysmik xəritəsi müəyyənləşib

Bakının seysmik riskli ərazilərinin müəyyən edilməsi üçün seysmoloji xəritəsinin hazırlanması prosesi davam edir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumatda deyilir ki, xəritə üzərində iş gedir: "Bu uzun çəkən prosesdir. Hazırda xəritənin hazırlanması prosesi davam edir. İşin həcmi böyük olduğundan xəritənin nə vaxt tam hazır olacağı məlum deyil", - qurumdan bildirilib.

Qeyd edilib ki, artıq Bakının rayonlarının bir hissəsinin xəritəsi işlənib hazırlanıb:

"Digər ərazilərin işlənməsi prosesi də aparılır".

Xatırladaq ki, Bakının seysmoloji xəritəsinin hazırlanmasına 2012-ci ildə start verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости