II Qaregin erməni din xadimlərini niyə izlətdirir? - SENSASSİON TƏFƏRRÜAT
Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginlə bağlı sensassion xəbər yayılıb.
Day.Az xəbər verir ki, Ermənistan mediası II Qareginin keçişlərin və din xadimlərinin telefonlarını dinlədiyini yazır.
Bildirilir ki, bu proses kütləvi şəkildə həyata keçirilir.
"Katolikos heç vaxt cəsarəti ilə seçilməyib. Onun fəaliyyəti buna əyani sübutdur".
"Hraparak" nəşri yazır ki, II Qaregin ona qarşı edilən hücumlara görə mövqeyini itirəcəyindən qorxur.
Bu səbəbdən, o, sui-qəsdçilər və satqınlar axtarır.
"Mənbələr təsdiq edir ki, din xadimlərinin nümayəndələrinin nahar etdiyi Eçmiədzində yerləşən restoranlarda da telefon dinləmələri həyata keçirilir. Təbii ki, ofis binaları və zallar da nəzarət altındadır".
Qeyd edək ki, uzun müddətdir Ermənistanın siyasi rəhbərliyi ilə kilsə arasında münasibətlər gərgindir.
Baş nazir Nikol Paşinyan artıq 3 ildir kilsənin təşkil etdiyi Milad tədbirində iştirak etmir.
Kilsə ilə Paşinyan hakimiyyəti arasında yaşanan soyuqluğun kökündə başqa səbəblər var. II Qaregin keçmiş prezident Serj Sarkisyanın dövründə hakimiyyətlə çox yaxın olub. Bu səbəbdən, kilsə İrəvanın Qarabağla bağlı aparıdığı işğalçılıq siyasətinə tam dəstək verib.
Paşinyan hakimiyyətə gəldikdən sonra Qarabağ ətrafında baş verən proseslər II Qareginlə hakimiyyət arasında münasibətləri gərginləşdirib. Baş nazirin "Qarabağ klanı"nı sıxışdırması isə kilsə ilə hakimiyyət arasında çartları daha da dərinləşdirir. Ona görə də son dövrlər kilsənin də Paşinyan hakimiyyətinin əleyhinə gizli fəaliyyətlə məşğul olduğu, hökumət əleyhinə təşkil olunan mitinqləri dəstəklədiyinə dair xəbərlər yayılır.
Çox ehtimal ki, II Qaregin hakimiyyətlə arasındakı soyuq münasibətlərə görə qorxuya düşüb və özünə tabe olan din xadimlərini belə izləmək qərarına gəlib.
Elvin Səxavətoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре