Azərbaycanda pensiya və müavinətlər artırılıb

Cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artırılaraq 1 milyard 451,2 milyon manata çatdırılıb.

Bu barədə Day.Az-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib. 2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Həmçinin oxuyun: Həkimlərə yaş məhdudiyyəti qoyulacaq? - Deputatdan AÇIQLAMA

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 48,0 faizinə bərabər olub.