https://news.day.az/azerinews/1567127.html İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb - FOTO - VİDEO Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb - FOTO - VİDEO

Azərbaycanca, 24 мая 2023 12:05 (UTC +04:00) 1 727
İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb

Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.

Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.

  • İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb
  • İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb
  • İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb
  • İrandan qayıqlarla ölkəyə narkotik gətirən mütəşəkkil dəstə saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости