Azərbaycan Antalya turizmini Cənub bölgəsinə gətirmək istəyir...

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq.

Day.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb.İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaq.

Hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, Kəpəz Bələdiyyəsinin nümayəndə heyətinin Astaraya səfəri planlaşdırılır.

Antalya valisi Ersin Yazıcı da bildirib ki, keçən il 70 mindən çox azərbaycanlı turist bu şəhərə səfər edib.

Qeyd edək ki, YAP-ın təşkilatçılığı ilə bir qrup deputat və jurnalist Antalyada səfərdə olub burda müxtəlif görüşlər keçiriblər.

Mövzu ilə bağlı hazırlanmış geniş videomaterialı təqdim edirik: