Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si olacaq
Yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun bu gün "məhkəmə"si olacaq.
Day.Az xəbər verir ki, aravot.am-ın yaydığı məlumata görə, "məhkəmə prosesi" Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilir. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini "qətlə yetirib".
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər də geniş yayılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре