https://news.day.az/azerinews/1598984.html Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir. Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib

Azərbaycanca, 18 сентября 2023 18:57 (UTC +04:00) 647
Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dəniz Qüvvələri Komandanlığının dəvəti ilə bu ölkədə səfərdədir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, vitse-admiral S.Bəkirov ABŞ-ın Nyuport şəhərində 90 ölkənin HDQ komandanları ilə yanaşı, müxtəlif mühüm dəniz təşkilatlarının iştirakı ilə keçiriləcək 25-ci Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edəcək.

Tədbirin keçirilməsində əsas məqsəd dəniz nəqliyyatında Hərbi Dəniz Qüvvələri ilə mülki dəniz təşkilatları arasında naviqasiya təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək təhdidlərə qarşı birgə mübarizənin təşkili mövzuları üzrə müzakirələrin aparılmasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости