https://news.day.az/azerinews/1618215.html Azərbaycanda avtosalon atəşə tutuldu - VİDEO Şəkidə avtomobillərin satıldığı salon atəşə tutulub. Day.Az xəbər verir ki, rayonun Rəsulzadə prospektində yerləşən avtosalona naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə polis şöbəsinə məlumat daxil olub. Atəş nəticəsində obyektə ziyan dəyib.

Azərbaycanda avtosalon atəşə tutuldu - VİDEO

Azərbaycanca, 30 ноября 2023 09:49 (UTC +04:00) 1 852
Azərbaycanda avtosalon atəşə tutuldu

Şəkidə avtomobillərin satıldığı salon atəşə tutulub.
 
Day.Az xəbər verir ki, rayonun Rəsulzadə prospektində yerləşən avtosalona naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə polis şöbəsinə məlumat daxil olub. Atəş nəticəsində obyektə ziyan dəyib.
 
Daxılı İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxs  artıq saxlanıb.
 
İddiaya görə, saxlanılan şəxslə avtosalon işlədən sahibkar arasında pul mübahisəsi olub.
Faktla bağlı cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости