Bakıda bu yollarda tıxac var

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Day.Az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir.

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində;

6. "20 Yanvar" dairəsində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

8. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

9. Bakı-Sumqayıt şosesi, 20 yanvar dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Bül-Bül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.