https://news.day.az/azerinews/1639975.html Yanvar ayında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi AÇIQLANDI 2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz azalaraq, 35,7 milyon dollara bərabər olub. Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Yanvar ayında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi AÇIQLANDI

Azərbaycanca, 24 февраля 2024 11:18 (UTC +04:00) 2 342
Yanvar ayında Türkiyənin Azərbaycana kimyəvi maddə ixracının həcmi

2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6 faiz azalaraq, 35,7 milyon dollara bərabər olub.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости