Ermənilərin Makron virusu - Paşinyan vəcdə gəldi, özünü “peyğəmbər” elan etdi
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatiya, müasir siyasət və geosiyasət sahələrində bilgisizliyinin olduğu bəlli məsələdir.
Onun ciddi əqli və psixoloji problemlərlə üzləşmiş şəxs olduğu indi aşkarlanıb.
Ermənilərin hökumət başçısı özünü İsa Məsihlə, ətrafındakıları isə həvariyunlarla müqayisə edib.
Sədri olduğu "Mülki Müqavilə" partiyasının Artaşatdakı üzvləri qarşısında çıxış edərkən Nikol Paşinyan yenə illüziyalara qapılıb. O, "Mülki Müqavilə"nin qarşılaşdığı çətinlikləri İsa Məsihin həvariyunlarının qatlaşdıqları və dəf etdikləri müşküllərlə müqayis edib.
Paşinyanın dediyinə görə, onun üçün "görünən məğlubiyyət vasitəsilə və ya bu məğlubiyyətdən sonra qalib gəlmiş" İsa Məsihin mənəvi və dini anlamı qədər siyasi anlayışı mühümdür: "Bu məsələni "Mülki Müqavilə"nin siyasi fəaliyyətinə bənzədirəm. son altı il ərzində partiyamız, komandamız, siyasi missiyamız dəfələrlə ölüb, dəfələrlə dirilib. Mən bunda böyük məna görürəm".
N.Paşinyanın sözlərinə görə, onun anlamında "İsa Məsih Yer üzündə nə zamansa mövcud olmuş ideal lider obrazı, ən böyük inqilabçıdır".
Hökumət başçısının dedikləri hətta onaa inanan tərəfdarlarını da prostrasiya vəziyyətinə salıb, çünki onlar indiyədək jzünü az qala İsa Məsihdən sonra ikinci insan hesab edən şəxsi görməmişdilər.
Amma artaşatlı ermənilərin "şok terapiyası" bitməyib.
Nikol Paşinyan daha sonra hansısa məcazlara, təhkiyələrə, işarələrə və ya metaforalara əl atmayaraq açıq-aşkar deyib ki, hələ də Ermənistanın işğalında olan Azərbaycan kəndləri ermənilərə məxsus olmayıb, deyil.
"Çox açıq şəkildə, xüsusən də Azərbaycanın yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün səbəblər axtardığı bizə aydın olan bir şəraitdə qeyd etmək vacibdir ki, Ermənistan hökumətinin Tavuş rayonunun 4 kəndi ilə bağlı heç vaxt ambisiyaları olmayıb. Ermənistanda heç vaxt Qızılhaclı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs-Ayrım adında kənd olmayıb. Bağanıs-Ayrımı Tavuş vilayətindəki Bağanis kəndi ilə qarışdırmaq olmaz, çünki Tavuş vilayətində Bağanis kəndi var, o, Ermənistan ərazisidir. Qızılhacılı hazırda 100% Azərbaycanın nəzarətindədir. Biz heç vaxt bu kəndlərə iddia etməmişik. Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik", - N.Paşinyan deyib.
Ermənistanın hakimiyyət dairələrinin mənsublarının son həftələrdə üstüörtülü şəkildə dedikləri, eyham vurduqları gerçəkləri Nikol Paşinyan artaşatlı tərəfdarları ilə görüşdə açıq deyib.
Gec olsa da, etirafdır - amma N.Paşinyanın sözlərinə inanmaq sadəlövhlük olardı. 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatandan dəri N.Paşinyan çox bəyanatlar və vədlər verib, ancaq onun dediklərinin reallaşma səviyyəsi həddən ziyadə azdır.
İsa Məsihi xatırlayaraq bənzətmələrə varan, Ermənistanın işğalında olan 8 kəndimizin (Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki kəndi) hələ də azad etməyən İrəvan özünü sülhpərvər, bölgədə stabilliklə əmin-amanlığın bərqərar olmasında maraqlı tərəf kimi göstərməyə çalışır.
Qərb də Ermənistanı belə təqdim etməyə can atır.
Gerçəklik həmişə olduğu kimi, ikiüzlü siyasətdən, çoxyönlü standartlardan və aşkar yalanlardan tam fərqlidir.
Paşinyan istədiyi qədər sülhdən, demarkasiya və delimitasiya prosesinə başlamağın vacibliyindən, Qazax rayonunun 4 kəndinin ən yaxın günlərdə azad ediləcəyindən bəhs edərək vədlər verə bilər.
Bütün bunlar söz yığınından başqa heç nə deyil.
Ermənistan hazırda Azərbaycanla şərti dövlət sərhədinə qoşunlarını yığır, şəsi heyəti, zirehli texnikanı və artilleriya qurğularını sərhədimizin yaxınlığına yollayır.
Qəsdən həyata keçirilən prosesin əsas səbəbi aprelin 5-də Brüssellə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşə "hazırlıq"dır.
Xatırladaq ki, həmin görüşdə Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusu, habelə təhlükəsizlik təminatlarının verilməsi məsələləri müzakirə olunacaq. ABŞ və Avropa İttifaqının Ermənistanla hərbi-siyasi təmasları gücləndirmək niyyətində olmalarının sübutuna başqa hansısa dəlil gərək deyil.
"Konfrans" adlanan bu görüşlə bağlı rəsmi Bakının mövqeyi bəllidir. Sülh sazişinin imzalanması prosesində aramsız qaydada süni əngəllər yaratmaqda olan, revanşist təmayüllərin gücləndiyi, Fransanın hamiliyinə və dəstəyinə güvənərək Bakı qarşısında yeni şərtlər irəli sürən Ermənistan məhz Qərbdən vədlərinə güvənərək şərti dövlət sərhədində təxribatlar hazırlamaqdadır.
Amma bütün bunlara, mövcud risklərə və çağırışlara, Qərbin bölgədə formalaşdırmaqda olduğu yeni çətinliklərə rəğmən Bakı regionda sülh və stabilliyin bərqərar olmasında israrlıdır.
Nikol Paşinyan isə həmişəki ampluasına sadiq qalaraq bəyanatları və açıqlamaları ilə real əməlləri arasındakı uçurumu qoruyur. O, sülhə meylli olduğunu deyir, ancaq sərhədə zirehli texnikanın, artilleriya qurğularının və canlı qüvvənin yığılması Ermənistanın baş nazirinin birbaşa göstərişi olmadan mümkün deyil.
Baş verənlərdə Fransanın ssenarisi açıq hiss olunur, çünki rəsmi Paris bölgəmizdə yeni gərginlik yaratmaq, sonra da "Ermənsitanın təhlükəsizliyinin təminatı" adı ilə qonşu ölkədəki hərbçilərinin sayını artırmaq və yeni hərbi kontingenti Ermənistana yeritmək fikrindədir.
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
Təbii ki, Fransa hərbçiləri birbaşa şəkildə yox, Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) "heyətinin gücləndirilməsi üçün nəzərdə tutulan kontingent" adı ilə Ermənistana göndərilə bilər.
ABŞ, Fransa və Avropa İttifaqı bundan sonra da "Cənubi Qafqazda sülhün və təhlükəsiz şəraitin bərqərarında, Azərbaycanla əlaqələrin sürətlə inkişafında maraqlı olmaları" barədə bəyanatlar verə bilərlər.
Amma Vaşinqton, Paris və Brüsselin açıqlamaları indiyədək ikiüzlü, saxta olduğu kimi, bundan sonra da həmin məcrada olacaq.
Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində həmin trio İrəvana qarşı bir sanksiya, xəbərdarlıq və ya ultimatum ünvanlanmadı. Əksinə, Ermənistan hərbi, siyasi, texniki, media və s. sahələrində tam dəstəkləndi, Azərbaycana qarşı isə Şuşaşın işğal olunduğu, Xocalıda ermənilərin soyqırım törətdiyi ildə "Azadlığa dəstək aktı"na 907-ci düzəliş tətbiq olundu.
Azərbaycanın erməni işğalından azad edilmiş torpaqlarının bərpası, infrastruktun yaradılması, ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin yurdlarına qayıdışı və s. kimi çox ciddi, genişmiqyaslı problemlərin həllində Bakıya dəstək məqsədilə ABŞ və Avropa İttifaqı aprelin 5-də keçirməyə hazırlaşdıqları konfransın analogiyası olan müzakirələr keçirəcəklərmi? Ümumiyyətlə, Vaşinqtonla Brüsselin belə niyyəti varmı?
Yox.
Bunun müqabilində Qərb sanki Ermənistan üçün yeni revanşizm müstəvisi formalaşdırır, erməniləri yeni müharibəyə hazırlayır.
Fransanın, Hindistanın, Yunanıstanın və digər ölkələrin Erimənistana satdıqları, bundan sonra da yollamağa hazır olduqları silahla hərbi texnikanın da kimə qarşı istifadə üçün nəzərdə tutulduğu aydındır.
Bakı bütün bunları görür, anlayır və Ermənistanı xəbərdar edir.
Təxribatlardan ibarət siyasətə və davranışa görə məsuliyyəti Ermənistanla yanaşı, bu süni dövləti himayə edənlər də daşıyacaqlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре