https://news.day.az/azerinews/1654357.html Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb Türkiyə 2024-cü ilin yanvar-mart aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 18,3 milyon dollara çatdırıb.Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb

Azərbaycanca, 23 апреля 2024 10:48 (UTC +04:00) 1 524
Yanvar-mart aylarında Türkiyənin İsrailə kimyəvi maddə ixracının həcmi açıqlanıb

Türkiyə 2024-cü ilin yanvar-mart aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq 18,3 milyon dollara çatdırıb.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyənin İsrailə kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq, 9 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-mart aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıraraq 8 milyard dollara çatdırıb.

2024-cü ilin mart ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 5,7 faiz artaraq, 3 milyard dollara bərabər olub.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2023) Türkiyə 31,1 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости