https://news.day.az/azerinews/1675653.html Bakının əsas prospektində hərəkət dəyişdirilir - VİDEO Bakının 8 Noyabr prospekti ilə Zığ-Aeroport şosesinin kəsişməsinə yaxın, geriyə və Gəncə prospekti istiqamətinə dönmək üçün istifadə olunan yarımdairə ləğv edilir.Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülərin geriyə dönməsi üçün isə bu yarımdairənin yaxınlığında daha bir dairə var.Bəzi sürücülər isə bunun əksini düşünürlər.

Bakının əsas prospektində hərəkət dəyişdirilir - VİDEO

Azərbaycanca, 18 июля 2024 11:00 (UTC +04:00) 1 220
Bakının əsas prospektində hərəkət dəyişdirilir

Bakının 8 Noyabr prospekti ilə Zığ-Aeroport şosesinin kəsişməsinə yaxın, geriyə və Gəncə prospekti istiqamətinə dönmək üçün istifadə olunan yarımdairə ləğv edilir.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülərin geriyə dönməsi üçün isə bu yarımdairənin yaxınlığında daha bir dairə var.

Sürücülərin əksəriyyəti bildiriblər ki, həmin ərazidəki nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairənin ləğvi şose istiqamətində və əksinə, nəqliyyat sıxlığına səbəb olacaq.

Bəzi sürücülər isə bunun əksini düşünürlər. Onlar bildiriblər ki, yarımdairənin ləğvi sürücülərin digər dairəyə daxil olması ilə nəticələnəcək. Bu isə sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi cəhətdən daha yaxşıdır.

Yaxın günlərdə bu istiqamətdə təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı süjetdə:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости