https://news.day.az/azerinews/1675679.html Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ! Azərişıq ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq "Tovuz" yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Day.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ!

Azərbaycanca, 18 июля 2024 12:26 (UTC +04:00) 1 596
Bu ərazilərdə işıq olmayacaq

Azərişıq ASC-yə məxsus Tovuz Elektrik Şəbəkəsinin ərazisində yerləşən və yeni inşa olunan 110/35/6 kV-luq "Tovuz" yarımstansiyasındakı son tamamlanma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.

Day.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan saat 16:00-a qədər rayonun Ağdam, Vahidli, Dondar Quşçu, Qazıqulu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin kəndlərin elektrik enerjisi ilə təmin edən 35 kV-luq "Ağdam" hava xətti yeni yarımstansiyaya qoşulduqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости