“Lufthansa” Beyrut və Təl-Əvivə uçuşları ləğv edir
Almaniyanın "Lufthansa" aviadaşıyıcısı və onun törəmə şirkəti olan "Swiss International Air Lines" mövcud vəziyyətlə əlaqədar Livan və İsrailə uçuşları növbəti dəfə ləğv edib.
Day.Az xəbər verir ki, "Swiss International Air Lines" aviaşirkətinin məlumatına görə, Təl-Əvivə uçuşlar 2024-cü il oktyabrın 31-dək, Beyruta uçuşlar isə noyabrın 30-dək dayandırılacaq.
Bundan əlavə, "Lufthansa" oktyabrın 14-dək Tehrana uçuşların da ləğv etdiyini açıqlayıb.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Ötən həftənin əvvəlindən başlayaraq İsrail ordusu Beyrut da daxil olmaqla Livanın cənubuna hava zərbələri endirməyə başlayıb. Oktyabrın 1-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtına azı səkkiz hava hücumu həyata keçirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре