https://news.day.az/azerinews/1702817.html Makronun reytinqi antirekord həddə endi Fransa prezidenti Emmanuel Makronun reytinqi antirekord həddə enib. Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir.

Makronun reytinqi antirekord həddə endi

Azərbaycanca, 30 октября 2024 19:39 (UTC +04:00) 510
Makronun reytinqi antirekord həddə endi

Fransa prezidenti Emmanuel Makronun reytinqi antirekord həddə enib.

Day.Az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

 

Məlumata görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

Qeyd edək ki, bir müddət öncə, Emmanuel Makron Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости