https://news.day.az/azerinews/1715070.html Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat olacaq. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Beləliklə, daha öncə məbləği 50 manat olan cərimə 300 manat olacaq.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı

Azərbaycanca, 13 декабря 2024 16:29 (UTC +04:00) 1 357
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə 300 manat olacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Beləliklə, daha öncə məbləği 50 manat olan cərimə 300 manat olacaq.

Bundan əlavə, cərimənin nəzərdə tutulduğu 212.4-cü maddəyə 212.4-1 maddəsi də əlavə edilir:

"Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости