https://news.day.az/azerinews/1736944.html Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Madat Babayan Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirib.

Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Madat Babayan

Azərbaycanca, 13 марта 2025 21:38 (UTC +04:00) 460
Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi

Martın 13-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini bildirib.

Təqsirləndirilən şəxs əlavə edib ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan idi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости