https://news.day.az/azerinews/1859039.html Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

Azərbaycanca, 10 сентября 2026 13:04 (UTC +04:00) 174
Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib, ötən dövr ərzində birgə həyata keçirilmiş layihələrin ölkəmizin sosial-iqtisadi inkişafının dəstəklənməsinə töhfə verdiyi qeyd edilib.

Dayanıqlı şəhər inkişafı, "yaşıl enerji", nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, su təchizatı və su ehtiyatlarının idarə olunması, eləcə də bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivləri və gələcək birgə layihələr müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov iştirak edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости