Çin Azərbaycana minatəmizləmə sahəsində bundan sonra da yardım göstərməyə hazırdır - Birgə Bəyanat
.jpg)
Çin Azərbaycana minatəmizləmə sahəsində bundan sonra da yardım göstərməyə hazırdır.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə aprelin 23-də Pekində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"da deyilir. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzalayıblar.
"Tərəflər terrorizmin, separatizmin və ekstremizmin milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədə olduğunu və bu bəlanın qarşısının alınmasının və ona qarşı birgə mübarizə aparılmasının vacib olduğunu vurğuladılar. İki ölkənin hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri arasında əlaqələri və mübadilələri gücləndirmək, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparmaq zəruridir. Tərəflər əməkdaşlıq layihələrinin və iki ölkənin müəssisələrinin işçi heyətinin təhlükəsizliyini birgə təmin etməyə hazırdırlar.
Tərəflər humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayırlar, bu xüsusda Azərbaycan tərəfi Çin tərəfinin Azərbaycanın minatəmizləmə işinə dəstəyini yüksək qiymətləndirir, Çin tərəfi Azərbaycan tərəfinə maddi-texniki dəstək şəklində minatəmizləmə sahəsində potensialın möhkəmləndirilməsində bundan sonra da yardım göstərməyə hazırdır", - deyə Birgə Bəyanatda deyilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре