Əlcəzairdə İslam İnkişaf Bankının 13-cü Gənclərin İnkişafı Forumu öz işinə başlayıb - FOTO

İslam İnkişaf Bankı Qrupunun (IsDB) Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində 13-cü IsDB Gənclərin İnkişafı Forumu işinə başlayıb.
Day.Az xəbər verir ki, bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
2025-ci il forumu bankın gənclər qanadı tərəfindən, qadınların və gənclərin səlahiyyətləndirilməsi şöbəsinin əlaqələndirilməsi ilə təşkil olunub. Tədbirin mövzusu "Gələcəyə hazırlıq: gənclərin məşğulluğunu artırmaq üçün bacarıqlar və həllər"dir.
Forumun məqsədi gənclərin məşğulluğu yolunda sistemli maneələri aradan qaldırmaq, gənclərin məhsuldarlığını artırmağa yönəlmiş siyasət və investisiyaları təşviq etmək, eləcə də yerli innovativ həlləri nümayiş etdirməklə gənclərin rolunu gücləndirməkdir. Diqqət təkcə iş yerlərinin əlçatanlığına deyil, həm də əlavə dəyər yaradan iqtisadi transformasiya proseslərinə gənclərin cəlb edilməsinə yönəlib.
Forumun əsas vəzifələri məhsuldar məşğulluğun irəlilədilməsi, qəbul olunmuş siyasətlərin tətbiqinə dəstək, gənclərin iştirakı üçün miqyaslana bilən modellərin nümayişi və çoxtərəfli əməkdaşlığın inkişafıdır. Tədbir çərçivəsində gələcək çağırışlara hazır işçi qüvvəsinin formalaşdırılması, gənclərin innovasiyalarının genişləndirilməsi və gənclərin məşğulluğu sahəsində institusional və siyasi islahatların təşviqi kimi mövzularda müzakirələr aparılacaq.
Forumun gözlənilən nəticələrinə - siyasi dialoqun aktivləşdirilməsi, ən yaxşı praktikaların nümayişi, tərəfdaşlıqların gücləndirilməsi və gənclərin töhvəsinin nəzərəçarpanlığını artırmaqdır. Forum IsDB üzv dövlətlərində gənclərin dayanıqlı və əhəmiyyətli məşğulluğu ilə bağlı aktual məsələlərin müzakirəsi üçün müasir platforma kimi xidmət göstərir.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре