https://news.day.az/azerinews/1761535.html Şahbuz və Sədərək rayonlarına prokuror təyin edildi Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Şahbuz və Sədərək rayonlarına prokuror təyin edildi

Azərbaycanca, 18 июня 2025 16:39 (UTC +04:00) 570
Şahbuz və Sədərək rayonlarına prokuror təyin edildi

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

Day.Az xəbər verir ki, 2005-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvan Muxtar Respublikasının İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.

Baş Prokurorun digər müvafiq əmrilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə təyin edilib.

2003-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Ramiz Novruzov əvvəllər Şahbuz rayon prokurorunun köməkçisi, Şərur rayon prokurorunun böyük köməkçisi və böyük müstəntiqi, Şərur rayon prokurorunun müavini və Şahbuz rayon prokuroru vəzifələrində işləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости