Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 1,5 milyon manat ayırıb

Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan-Daştatük-Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.