Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın qarşılanma mərasimi keçirilir - FOTO
Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) - Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) - Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) - Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanır.
TBNM üzrə Yivu-Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре