https://news.day.az/azerinews/1821002.html Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycanca, 9 марта 2026 17:01 (UTC +04:00) 308
Azərbaycan və Portuqaliya XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости