Futbol izləmək depressiya riskini azaldır
Britaniyalı alimlərin araşdırmasına görə, televiziya və ya onlayn platformalarda idman yarışlarını izləyən insanlar özlərini daha yaxşı hiss edir, daha az tənhalıq yaşayır və depressiya əlamətlərinə daha az rast gəlirlər.
Day.Az xəbər verir ki, tədqiqatda 16-85 yaş arası 7209 nəfərin məlumatları təhlil edilib və idmanla maraqlanan şəxslərin həyat məmnuniyyətinin daha yüksək olduğu müəyyənləşdirilib.
Araşdırma göstərir ki, idman tədbirlərini izləməyin müsbət təsiri təkcə stadionda olmaqla məhdudlaşmır. Televiziya və internet vasitəsilə yarışları izləyənlər də daha yüksək psixoloji rifah nümayiş etdirir və depressiv simptomlarla daha az qarşılaşırlar.
Mütəxəssislər bunu sosial bağlılıq hissi ilə izah edirlər. Eyni komandaya azarkeşlik edən insanlar özlərini müəyyən bir icmanın üzvü kimi hiss edir, emosional dəstək qazanır və uğur sevincini birlikdə bölüşürlər. Araşdırmalar göstərir ki, məhz bu sosial əlaqələr insanların psixoloji sağlamlığının yaxşılaşmasına mühüm töhfə verir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре