https://news.day.az/azerinews/1841405.html APOEL Mahir Emreli üçün hərəkətə keçdi Almaniyanın "Kayzerslautern" futbol klubunun hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər. İdman.Biz Kiprin "Goal News" nəşrinə istinadən xəbər verir ki, APOEL Azərbaycan milli komandasının üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib.

APOEL Mahir Emreli üçün hərəkətə keçdi

Azərbaycanca, 14 июня 2026 18:48 (UTC +04:00) 347
APOEL Mahir Emreli üçün hərəkətə keçdi

Almaniyanın "Kayzerslautern" futbol klubunun hücumçusu Mahir Emreli karyerasını Kiprdə davam etdirə bilər.

İdman.Biz Kiprin "Goal News" nəşrinə istinadən xəbər verir ki, APOEL Azərbaycan milli komandasının üzvünün transferi üçün Almaniya klubuna rəsmi müraciət edib. Nikosiya təmsilçisi 28 yaşlı futbolçunun keçidini yay transfer pəncərəsi zamanı həll etmək niyyətindədir.

Mənbənin məlumatına görə, Mahir "Kayzerslautern"də kifayət qədər oyun şansı qazanmadığı üçün komandadan ayrılmağa müsbət yanaşır. APOEL isə hücumçunu transfer siyahısındakı əsas namizədlərdən biri hesab edir.

Almaniyanın "Der Betze brennt" nəşri də Kipr klubunun Mahir üçün təklif göndərdiyini yazıb. Almaniya mətbuatında futbolçunun qüvvədə olan müqaviləsinə baxmayaraq, yeni mövsümdə "Kayzerslautern"in planlarında yer almasının gözlənilmədiyi bildirilir.

Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости