Skuterlə qəza baş verərsə zərəri kim ÖDƏMƏLİDİR? - Ekspert AÇIQLADI
Skuterlərin sayının artması öz ilə birgə bir sıra məsələləri də gündəmə gətirir. Misal üçün, avtomobil ilə qəza baş verdiyi halda məsələ öz həllini necə tapır?
Mövzu ilə bağlı Day.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu halda, əgər günah avtomobildədirsə, avtomobilin sürücüsü dəymiş zərəri qarşılamalıdır.
O, qeyd edib ki, skuterlə bağlı icbari sığorta mövcud deyil, çünki skuter adətən icbari sığorta sisteminə daxil edilmir.
"Buna görə də avtomobil sürücüsü vurduğu zərərə görə məsuliyyət daşıyır və zərərçəkən tərəf mülki qaydada iddia qaldıraraq kompensasiya tələb edə bilər.
Eyni qayda əks vəziyyətə də aiddir. Əgər skuter sürücüsü avtomobilə zərər vurarsa, avtomobil sahibi də mülki qaydada iddia qaldıraraq dəymiş zərərin ödənilməsini tələb edə bilər. Yəni tərəflər arasında zərərin ödənilməsi məsələsi sığorta deyil, birbaşa mülki məsuliyyət prinsipi ilə həll olunur", - deyə o bildirib
Espert qeyd edib ki, icbari sığorta yalnız üçüncü şəxslərə dəymiş zərəri müəyyən şərtlərlə qarşılayır:
"Skuter icbari sığortaya daxil olmadığından, belə nəqliyyat vasitəsi ilə bağlı zərər hadisələrində sığorta ödənişi tətbiq edilmir. Bu halda tərəflər ya qarşılıqlı razılaşma yolu ilə, ya da məhkəmə qaydasında zərərin ödənilməsini həll edə bilərlər", - o deyib
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре