https://news.day.az/azerinews/1842074.html Sertifikasiya imtahanının ilk günündə iştirak edənlərin sayı AÇIQLANDI Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb. Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Sertifikasiya imtahanının ilk günündə iştirak edənlərin sayı AÇIQLANDI

Azərbaycanca, 17 июня 2026 16:17 (UTC +04:00) 262
Sertifikasiya imtahanının ilk günündə iştirak edənlərin sayı

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, Test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Bildiririk ki, Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости