Avtomobil idxalının azalma səbəbləri AÇIQLANDI - VİDEO
Azərbaycana minik avtomobillərinin idxalında ciddi azalma qeydə alınıb. Son məlumatlara əsasən, ölkəyə gətirilən avtomobillərin sayı təxminən 40 faizə yaxın azalıb.
Day.Az XəzərXəbər-ə istinadən xəbər verir ki, Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyevin açıqlamasına görə, bu azalmanın əsas səbəblərindən biri ötən ilin son rübündə qanunvericilikdə edilən dəyişikliklərdən əvvəl bazarda yaranmış süni canlanma və həddindən artıq tədarükün formalaşmasıdır.
Onun sözlərinə əsasən, idxalın azalmasına təsir edən digər mühüm amil taksi fəaliyyəti üzrə tətbiq olunan məhdudiyyətlərdir. Bu qərar bazarda avtomobil tələbinin strukturuna da təsir göstərib.
Bununla belə, hazırkı vəziyyətə baxmayaraq, bazarda qiymət artımı gözlənilmir və mövcud azalma ümumi qiymət balansına ciddi təsir göstərməyib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре