https://news.day.az/azerinews/1854517.html Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Day.Az-а Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycanca, 17 августа 2026 18:20 (UTC +04:00) 243
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Day.Az-а Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi - Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi - Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

  • Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
  • Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости