İsti havalarda işçilərin iş saatı NECƏ TƏNZİMLƏNİR? -
İsti və açıq şəraitdə, xüsusilə havanın temperaturu 41 dərəcə selsini keçdikdə, işçilərin sağlamlığı və təhlükəsizliyi prioritetə çevrilir.
Belə şəraitdə əmək prosesi davamlı şəkildə aparılmır, çünki yüksək temperatur insan orqanizminə ciddi fiziki yük yaradır. Bu səbəbdən iş prosesində mütəmadi fasilələrin verilməsi və zərurət yarandıqda işin dayandırılması nəzərdə tutulur.
Verilən fasilələr iş vaxtının ayrılmaz hissəsi hesab olunur və həmin müddət üçün işçilərin əməkhaqqısı onların tarif maaşı əsasında tam şəkildə ödənilir. Bu yanaşma həm işçinin maddi təminatını qoruyur, həm də ağır iqlim şəraitində əməyin ədalətli şəkildə qiymətləndirilməsini təmin edir. Beləliklə, fasilə dövrləri işçinin gəlirində heç bir itkiyə səbəb olmur.
Əgər işin tam dayandırılması zərurəti yaranarsa, bu vaxt "boşdayanma" kimi qiymətləndirilir və işçinin təqsiri olmadan baş verdiyi üçün kompensasiya ödənilir. Bu halda əməkhaqqı tarif maaşının ən azı üçdə iki hissəsindən aşağı ola bilməz.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре