https://news.day.az/azerinews/1843361.html Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb - FOTO Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb - FOTO

Azərbaycanca, 22 июня 2026 20:51 (UTC +04:00) 323
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 22-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşdə Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında münasibətlərin daha da dərinləşməsində vacib rolu qeyd olunaraq, təşkilatın Bakıda keçiriləcək 20-ci sessiyanın uğurla təşkil olunacağına inam ifadə edilib. Eyni zamanda, bu tədbirin İƏT Parlament İttifaqının gələcək fəaliyyətinə uğurlu töhfələr verəcəyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının parlament ölçüsü olan Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli imkanlar yaradır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

  • Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости